Günün ən maraqları fotoları
Kəşmirin Hindistanın nəzarətində olan hissəsindəki Həzrətbal məscidində müsəlman qadınlar Məhəmməd Peyğəmbərin kürəkəni Həzrət Əlinin ölümünün ildönümü mərasimi zamanı dua edir.
Qazaxıstanın Baykonur kosmodromunda Soyuz MS-09 raketi orbitə göndərilir.
Kambocada qadın bambuk körpü üzərindən keçir.
Qvatemalada Volcano de Fuego -Od vulkanının püskürməsindən sonra xilasetmə işləri davam etdirilir.
Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində lava ətrafdakı evləri dağıdıb.
Lava erupts in Leilani Estates during ongoing eruptions of the Kilauea Volcano in Hawaii, June 5, 2018.
Beynəlxalq Fəza Stansiyasına yollanan ekipajın alman üzvü Aleksandr Gerst Soyuz MS-09 kosmik gəmisinin Qazaxıstanın Baykonur kosmodromundan fəzaya göndərilməsindən öncə avtobusdan izləyiciləri salamlayır.
Çinin şərqindəki Şeçianq vilayətindəki Şenqşan adasında tərk edilmiş evlərin üzəri ot və bitkilərlə örtülüb.
Suriya Ərəb Xəbər agentliyi SANA-nın açıqladığı bu foto-şəkildə Homs və Həma arasında təxminən 7 ilə yaxındır bağlı olan əsas şosse yolunun bərpa edildiyi və nəqliyyat üçün açıldığı göstərilir.
Nepalda Katmanduda qədim dini abidə olan Svayambunat günəş şüaları altında işığa qərq olub.
Parisdə Roland Qarros stadionunda kişilər arasında tennis üzrə dördə bir final yarışları zamanı meydança yağışdan sonra təmizlənir.
Cənubi Koreyada Seuldakı milli xiyabanda 11950-1953-cü illərdə Koreya müharibəsi zamanı həlak olan əsgərlərin məzarları ziyarət edilir.
Fransada Lion şəhərində 7-ci Materiel polkunun 130 illik yubileyi qeyd edilir.