Jurnalist polisə dəvət edilib

Təzəxan Mirələmli

Martın 4-də Azadlıq qəzetinin əməkdaşı Təzəxan Mirələmli Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilib.

Your browser doesn’t support HTML5

Təzəxan Mirələmli: Facebook statusumla bağlı izahat yazdım

Jurnalist Amerikanın Səsinə bildirib ki, polisə dəvət edilməsinə facebook səhifəsində status yazması səbəb olub.

“Dünən facebook səhifəmdə polislə bağlı status yazmışdım. Onunla bağlı dəvət etmişdilər. Dedilər ki, indiki zamanda statusum polisin nüfuzuna xələl kimi başa düşülür. Bildirişlə dəvət etmişdilər. Getdim izahat verdim və azad buraxdılar,” Mirələmli qeyd edib.

Rəsmi qurumlar Mirələmlinin polisə dəvəti ilə bağlı hələ şərh verməyib.