Kaliforniyada yanğın Yosemit Milli Parkını bürüyüb

Kaliforniyanın şimal bölgəsində yanğınlar Yosemit Milli Parkını bürüyərək, San Fransiskonun su və enerji ehtiyatlarını təhlükə altına alıb.

52 min hektarlıq ərazini bürüyən alovla 2600 yanğınsöndürən mübarizə aparır. Kaliforniya qubernatoru San Fransiskoda fövqəladə vəziyyət elan edib. İki hidroelektrik stansiyasının fəaliyyəti dayandırılıb.

Arizonadan şimal Vaşinqton ştatınadək onlarla yanğın qeydə alınıb.

Bu il ABŞ-da 31986 yanğın 1.4 milyon hektarlıq sahəni külə döndərib. Ötən ilı yanğınlar 2.4 milyon hektarlıq ərazini bürümüşdü.