Pakistanın Kəraçi şəhərinin futbol stadionunda bomba partladılıb [Fotoqalereya]

Pakistanın Kəraçı şəhərində həyata keçirilən bomba hücumu uşaqlar da daxil edilməklə, 11 nəfərin ölümünə səbəb olub. Yerli rəsmilərin bildirdiyinə görə, partlayış Kəraçinin Liyari mahalında keçirilən futbol matçından sonra baş verib.

Polis bomba yerləşdirilmiş motosikletin stadionun qarşısında saxladıldığını və partlayışın uzaqdan idarə edilərək həyata keçirildiyini deyib. Ölənlər arasında 12, 15 və 16 yaşlarında yşaqların olduğu bildirilir.

Səlahiyyətli şəxslərdən biri hücümda hədəfin stadionda olan əyalət naziri Cavid Naqori olduğunu deyib.