ABŞ Müdafiə naziri İraqın şimalında İrbil şəhərinə səfər edib

ABŞ Müdafiə naziri Eş Karter

ABŞ Müdafiə naziri Eş Karter bazar günü İraqın şimalında Mosul şəhərinin İŞİD ekstremistlərindən geri alınması əməliyyatlarının aparıldığı yerlərin yaxınlığında yerləşən İrbildə kürd liderləri və hərbi komandirlərlə görüşüb.

Əvvəlcədən elan olunmamış səfər zaman Karter İraqın şimalında müxtar kürd regionunun prezidenti Məsud Barzani ilə danışıqlar aparıb.

Kürdlərin perşmərgə qüvvələri Mosuldan şimal-qərbdə bir milyondan çox əhalisi olan şəhərin nəzarətinin İŞİD qüvvələrindən azad edilməsi üçün hərbi qüvvələrə yol açaraq irəliləməyə davam edir.

Karter şənbə günü İraqın baş naziri ilə Bağdadda, cümə günü isə Ankarada Türkiyə prezidenti ilə danışıqlar zamanı Türkiyənin Mosulun geri alınması əməliyyatlarında rolunu müzakirə edib.

İraq ordusunun hərbi texnikası Mosulun İŞİD ekstremistlərindən geri alınması əməliyyatları zamanı

İraqın baş naziri Heydər Əl-Abadi Türkiyənin şəhərin azad edilməsi əməliyyatlarında iştirakını rədd edib.

O deyib ki, mövcud alyans döyüşləri Türkiyənin köməyi olmadan apara bilər.
Abadi bu açıqlamanı Bağdadda Türkiyənin sünni rəhbərliyi ilə Abadinin şiə hökuməti arasında gərginliyi azaltmağa çalışan Karterlə planlaşdırılmamış danışıqlardan sonra verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mosul uğrunda döyüşlərdə ölkəsinin rolunu tələb edərək, İraqın şimalında mövqe tutan Türkiyə qüvvələrinin Bağdadda şiə hökumətdən əmrlər almayacağını bildirib.

"Türkiyə ordusu öz qabiliyyətini o qədər itirməyib ki, sizdən əmrlər ala"-deyə Ərdoğan Abadiyə işarə edərək bildirib.

Buna cavab olaraq Abadi isə bildirib: "Mən bilirəm ki, türklər iştirak etmək istəyir, biz onlara təşəkkür edirik və deyirik ki, bu, iraqlıların edə biləcəyi bir işdir. Mosulu və digər əraziləri iraqlılar azad edəcək."

Öz növbəsində Karter Bağdadda müxbirlərin suallarını cavabalndıraraq, Türkiyənin Mosul əməliyyattında rolunun çətin mövzu olduğunu deyib. O eyni zamanda, İŞİD-ə qarşı döyüşlərdə İraqın suverenliyinin ən ümdə məsələ olduğunu bildirib.