Con Kerri : Suriya və İraqda müharibə ideologiya və dinlərin sərhədlərini aşıb

ABŞ dövlət katibi deyib ki, İslam Dövlətinə qarşı beynəlxalq ictimaiyyətin mübarizəsi Yaxın Şərqdə sülhə nail olmasına yardım edə bilər.

“Suriya və İraqda qrupa qarşı müharibə ideologiyalar və dinlərin sərhədlərini aşıb”-deyə Con Kerri bildirib.

“Sahlldən Məqribədək, Yəməndən Suriyayadək parçalanma və dağıntılara səbəb olanlar problemləri həll edənlər və qurucuların məhvi üçün dayanmadan iş aparır. Bir çox regionlarda ekstremistlər nifrət toxumu səpir.”

İslam Dövlətinə qarşı müttəfiq qüvvələr Yaxın Şərqdə sülhün bərqərar edilməsinin mümkünlüyünü nümayiş etdirir

Kerri bildirib ki, İslam Dövlətinə qarşı müttəfiq qüvvələr Yaxın Şərqdə sülhün bərqərar edilməsinin mümkünlüyünü nümayiş etdirir.

“İraq və kürd qüvvələrinin əməkdaşlığı hər iki icmada rezonans yaradıb. Bu, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Qətərdə də əks-səda doğurub. Bütün bu dövlətlər eyni problemlə mübarizə aparır. Bu, terrorizm və ekstremizmə qarşı birgə mübarizə ilə regionda sülh və sabitlik uğrunda birgə səylərdir.”

İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri İraqla Səudiyyə Ərəbistanının normallamaqda olan münasibətləri, habelə koalisya qüvvələrinin İraq və Suriyadakı hava hücumlarının İslam Dövlətinin 2016-cı ilədək tam məğlubiyyətinə imkan yaratdığını bildirib.

"Terrorizmin bir ölkədə kök saldığı, ikinci bir ölkənin terrorçularının buna dəstək verməsi ilə koalisya qüvvələrinin İraq və eyni zamanda Suriyada onları hədəf alması müsbət addımdır."

Suriyanın mötədil müxalifəti İslam Dövləti və Əsəd rejiminin təzyiqləri altındadır.

ABŞ dövlət katibi Amerikanın müxalifətə ciddi dəstək nümayiş etdirdiyini deyib.

“Suriyalılar gələcəkləri ilə bağlığ tiranlarla və terroristlər arasında seçim etməməlidir. Bunların hər ikisi də artıq dalana dirənib. Seçim İslam Dövləti və Əsəd rejiminə qarşı mübarizə aparan müxalifdə dayanmalıdır.”

Con Kerri ötən həftə Avropada anti-İslam Dövləti koalisiyası ilə görüşündən sonra bildirib ki, son 2-3 ay ərzində yaraqlıların maliyyələşdirilməsi, təchizatla təminatı və əməliyyatlarının məhvində ciddi nailiyyətlər əldə edilib.