Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı Dəməşq yaxınlığında baş verildiyindən şübhələnilən və onlarla insanın ölümülə nəticələnən kimyəvi hücumun araşdırılması məqsədilə Suriyanın Duma şəhərinə ekspertlərdən ibarət qrup göndərəcəyini bildirib.
Təşkilat Twitter səhifəsindəki mesajında bununla bağlı müraciət edildiyi haqda bildirib.
“Bu, Suriya Ərəb Respublikası və Rusiya Federasiyasının Dumada kimyəvi silahlarla bağlı iddiaların araşdırılmasına dair müraciəti ilə üst-üstə düşür. Komanda yaxın zamanda Suriyaya yola düşməyə hazırlaşır”, müraciətdə deyilir.
“Buna cavab veriləcək və bu, qətiyyətli cavab olacaq.ABŞ prezidenti Donald Tramp
Ağ Ev çərşənbə günü prezident Donald Trampın “ABŞ-ın Suriyaya cavabına nəzarət etmək üçün” Latın Amerikasına səfərini təxirə saldığını elan edib.
Trampın bildirdiyinə görə, onun administrasiyası şübhələnilən kimyəvi hücuma hansı cavabın verilməsi ilə bağlı qərarını bildirəcək.
“Buna cavab veriləcək və bu, qətiyyətli cavab olacaq”, Tramp bazar ertəsi yüksək səviyyəli hərbi liderlərlə görüşdən əvvəl bildirib.
O deyib ki, Birləşmiş Ştatlar üsyançıların nəzatərində olan Qutada 40 nəfərin ölümülə nəticələnmiş hücum kimi vəhşilikləri dayandırmaq gücünə malikdir.