Livanda partlayış zamanı BMT sülhümühafizə qüvvələrinin üç əsgəri yaralanıb

  • Amerikanın səsi

Livanda partlayış zamanı BMT sülhümühafizə qüvvələrinin üç əsgəri yaralanıb

Livanda bomba partlayışı zamanı BMT sülhümühafizə qüvvələrinin üç əsgəri yaralanıb. Bu, son bir neçə ayda BMT-nin maşın karvanını hədəf alındığı ikinci partlayışdır. Livanın təhlükəsizlik qüvvələrinin rəsmilərinin bildirdiyinə görə, partlayış BMT-nin sülhümühafizə qüvvələrinin cənubda yerləşən Sidon limanına daxil olan vaxt baş verib. Xilasetmə dəstələri sülhümühafizə qüvvələrinin bir əsgərini xəstəxanaya çatdırıb. May ayında baş vermiş eyni hücum zamanı BMT-nin sülhümühafizə qüvvələrinin altı əsgəri yaralanmışdı. 2006-cı ildə İsrail və Hizbullah arasında müharibədən sonra BMT sərhəddə nəzarət etmək üçün Livanın cənubunda 12 min əsgər və min nəfər mülki vətəndaşdan ibarət qüvvə saxlayır.