Lerik icra hakimiyyəti başçısına 10 gün vaxt verilib

Lerik rayonunun giriş qapısı

Problem həllini tapmasa yerli əhalinin kütləvi etiraz edəcəyi bildirilir
Dağlıq Lerik rayonunun əhalisi rayon icra hakimiyyəti başçısına mühüm problemlərin həlli üçün 10 gün vaxt verib. Bu barədə facebook şəbəkəsində xüsusi yaradılmış səhifədə bildirilir.

Vətəndaş cəmiyyəti fəalları bildiriblər ki, insanlar Qarabağ şəhidlərinin dəfn edildiyi qəbiristanlıqdan və Cabir Ənsar məqbərəsindən 10-15 metr məsafədə kanalizasiya çəninin tikilməsindən qəzəbləniblər.

Bundan əvvəl kanalizasiya çəninin sözügedən yerdən 2 km məsafədə tikiləcəyi planlaşdırılırdı, amma sonra aydın olmayan səbəblərdən kommunikasiyanın çəkilməsi marşrutu dəyişdirilib.

İcra hakimiyyəti başçısından 10 gün ərzində bu problemi həll etmək tələb olunub, əks halda əhalinin kütləvi etiraz aksiyası keçirəyi bildirilir.