Bu gün “Sülh və Demokratriya İnsitutu” ”İsaxan Aşurov” mükafatının növbəti təqdimatını keçirib. İnstitutun direktoru Leyla Yunus Amerikanın Səsinə müsahibədə belə bir mükafatın təqdim edilməsi qərarına 2012-ci ildə, vəkil İsaxan Aşurovun vəfatından sonra gəldiyini bildirib.
Xanım Yunus hazırda Azərbaycanda siyasi repressiyaların baş aldığını və qırxa yaxın vicdan məhbusunun, 100-dən çox siyasi məhbusun olduğunu bildirib və əlavə edib ki, ölkədə müstəqil vəkillərin sayının az olması səbəbindən siyasi dustaqların hüquqlarını qoruyacaq vəkillərə ehtiyac var.
“İsaxan bəy sağ olsaydı, bu mükafat onun hüquqlarını qoruduğu şəxslərə verilərdi", - deyə hüquq müdafiəçisi bildirib. O, bu mükafatın keçən il jurnalist Hilal Məmmədova, bu il isə saxta ittihamlarla 6 il müddətinə azadlıqdan məhrum edilən Müsavat Partiyası baş katibinin müavini Yadigar Sadıqlıya verildiyini bildirib. Yadigar Sadıqlının hələ də həbsdə olduğuna görə, mükafat onun anasına təqdim edilib.
Leyla xanım Azərbaycandakı kriminal rejimin vətəndaşları əzməsinə qarşı mübarizə aparan insanlara dayaq lazım olduğunu vurğulayıb.
Your browser doesn’t support HTML5