Liviya azad ölkə elan edildi (YENİLƏNİB)

  • Amerikanın səsi

Liviya azad ölkə elan edildi (YENİLƏNİB)

Liviyanın müvəqqəti hökumətinin liderləri Benqazidə şəhərində minlərlə insanın iştirak etdiyi mərasimdə ölkənin Müəmmar Qəzzafinin 42 illik idarəsindən azad olduğunu elan ediblər.

Milli Keçid Şurasının lideri Mustafa Abdel Cəlil və digər rəsmilərinin iştirak etdiyi tədbirdə Liviyanın Qəzzafi dövründən əvvəlki himni səsləndirilib. Şəhərin meydanında toplaşmış minlərlə insan 1969-cu ildə Qəzaffinin çevriliş nəticəsində devirdiyi Liviya monarxiyasına məxsus üçrəngli bayrağı dalğalandırıb.

Milli Keçid Şurasının lideri Mustafa Abdel Cəlil toplaşanlara deyib ki, Qəzzafidən sonrakı Liviya qanunvericiliyi islam qanunlarına əsaslanacaq. O, liviyalıları ölkədə quruculuq işlərinə

Benqazi Qəzzafi əleyhinə fevral ayında başlayan və müvəqqəti hökumət qüvvələrinin keçmiş liderə sadiq qüvvələri onun doğma şəhəri olan Sirtdə məğlub eməsilə başa çatan hərəkatın mərkəzi olmuşdur.

Bununla belə, beynəlxalq ictimaiyyətin Qəzzafinin ölümünün təfərrüatları ilə bağlı narahatlıqları Liviyada ümumi əhval-ruhiyyə ilə təzad təşkil edir. İnsan hüquqları qrupları müvəqqəti hökumət qüvvələrinin döyüşçülərinin yaralanmış Qəzzafini ölməmişdən öncə döyməsini göstərən mobil telefonla çəkilmiş video görüntülərlə bağlı beynəlxalq təhqiqat aparılmasına çağırır.

ABŞ Dövlət katibi Hillari Klinton bu gün deyib ki, rəsmi Vaşinqton BMT tərəfindən təhqiqatın aparılmasına çalışacaq və Liviyanın Milli Keçid Şurasının təhqiqat aparmaq qərarını dəstəkləyir. NBC tele-şirkətinə müsahibə verən xanım Klinton qanunun aliliyi və məsuliyyət prinsiplərinin Liviyada demokratik proses üçün əhəmiyyətini vurğulayıb və Qəzzafinin ölümünün araşdırılmasının bu prosesin bir hissəsi olduğunu deyib.