ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycanda görüşlər keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədri və İsveçin xarici işlər naziri Ann Linde Azərbaycana səfər edəcək.

Bu barədə martın 14-də ATƏT-in internet səhifəsində xəbər verilib.

Məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədri, İsveç Xarici İşlər Naziri Ann Linde yüksək səviyyəli rəsmilərlə görüşlər üçün martın 15-də Azərbaycanda olacaq.

Linde Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədov ilə görüşəcək, Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in münaqişənin həlli prosesindəki davamlı rolu barədə danışıqlar aparacaq.

Müzakirələrə ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın necə gücləndiriləcəyi də daxildir.

Fəaliyyətdə olan Sədr Linde vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcək.