Liviyada Amerika vətəndaşı öldürülüb

Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, Liviyanın Benqazi şəhərində beynəlxalq məktəbdə işləyən Amerika vətəndaşı qətlə yetirilib.

Hücumçular Benqazi şəhər məktəbində dərs deyən amerikalı müəllimə cümə axşamı günü hücum ediblər. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

ABŞ hökuməti də hələ hadisə ilə bağlı bəyanat verməyib.

2012-ci ilin sentyabrında islamçı yaraqlılar Benqazidə ABŞ konsulluğuna hücumu edərək, Amerikanın Liviyadakı səfirini qətlə yetirmişdi.