Liviya ordusu hücumları davam etdirir

Liviya ordusu hücumları davam etdirir

Bu gün də neft limanı Ras-Lanufdakı rəqib döyüşçülərə qarşı hava hücumları olub

Liviya lideri Müəmmər Qəzzafiyə sadiq qüvvələr bu gün də neft limanı Ras-Lanufdakı rəqib döyüşçülərə qarşı hava hücumlarını davam etdirib. Məlumatlarda mülki yaşayış ərazisinin də hücuma məruz qaldığı bildirilir. Xarici jurnalistlər hərbi təyyarənin Ras-Lanufdakı ikimərtəbəli evi bombaladığını deyirlər. Tələfat barədə məlumat verilməyib.

Bu arada Liviya lideri Qəzzafiyə qarşı mübarizə aparan rəqib qüvvələr liderin onlarla danışıqlar aparmaq təklifini rədd etdiklərini bildirib.