Liviyada Tripoli hava limanını ələ keçirmətə çalışan qüvvələr arasında silahlı toqquşma zamanı altı nəfər ölüb, 25 nəfər yaralanıb.
Zorakı qarşıdurma silahlı islamçı qrupun 2011-ci ildə Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsindən sonra Tripoli beynəllxaq hava limanına nəzarəti əlinə alan Zintan döyüşçülərinə hücum etdiyi zaman baş verib.
Son altı ay ərzində ən şiddətli döyüşə görə məsuliyyəti öz üzərinə islamçı silahlı qüvvələrin koalisiyası öz üzərinə götürüb.
Müxalif qruplar Liviya parlamentinin yuxarı palatasında üstünlük qazanmağa çalışan liberallar və islamçıların silahlı qanadıdır.
Şənbə günü ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Birləşmiş Ştatların Liviyada davam edən zorakılıqların genişmiqyaslı münaqişəyə çevrilə bilməsilə bağlı narahatqlığını ifadə edib.