Belarus prezidenti bunu xalqa müraciətində bəyan edib
Belarus prezidenti Aleksandr Lukaşenko onun hakimiyyəti əleyhinə qarşı çıxan hər hansı bir qrupu məhv edəcəyini deyib.
Dünən xalqa illik müraciətində cənab Lukaşenko deyib ki, bu onun diktator olması demək deyildir.
O deyib ki, demokratiyanın Belarusda geniş yayılması bu yaxınlarda Minsk metrosunda 12 nəfərin ölümünə və 204 nəfərin yaralanmasına səbəb olan partlayışda başlıca rol oynayıb. Polis hücumla əlaqədar üç nəfəri həbs edib.