Mahmud Əhmədinejad:Prezident Obama ilə üz-üzə görüşəcəyimə ümid bəsləyirəm

  • Amerikanın səsi

Mahmud Əhmədinejad:Prezident Obama ilə üz-üzə görüşəcəyimə ümid bəsləyirəm

İran prezidenti Mahmud Əhmədinejad Amerikanın İranla münasibətlərini normallaşdırması üçün gec olmadığını deyib. Associated Press-ə müsahibəsi zamanı Əhmədinejad bildirib ki, ABŞ prezidenti Barak Obama İranla dilaoq yaradılması vədinə əməl etməyib. İranın dövlət başçısı prezident Obama ilə üz-üzə görüş keçirəcəyinə ümid bəslədiyini deyib.

Mahmud Əhmədinejad dünən BMT-nin Baş Assambleyasının illik sessiyasındakı çıxışı zamanı ABŞ, İsrail və Qərb ölkələrini müharibə təhrikçiliyi və totalitarizmi yaydıqlarına görə kəskin tənqid etmişdi. Əhmədinejad demişdi ki, “təkəbbürlü” qüvvələr dünyada tənəzzülə və sosial bərabərsizliyə səbəb olub. İranın dövlət başçısının çıxışı zamanı bəzi nümayəndə heyətləri zalı tərk etmişdi. Əhmədinejadın çıxışı BMT qarşısında yüzlərlə insanın etiraz aksiyası ilə müşayiət edilmişdi.