Şimali Makedoniya prezidenti and içərək vəzifəsinə başlayıb

Şimali Makedoniya prezidenti and içərək vəzifəsinə başlayıb. İnaqurasiya mərasimində Stevo Pendarovski dərin parçalanma mövcud olan ictimaiyyəti barışığa çağırıb.

O, bütün vətəndaşlara xidmət edəcəyinə and içərək deyib ki, indi açıq yaraların bağlanması və barışıq vaxtıdır.

Yeni prezident Avropa İttifaqı liderlərinə lobbiçlik edərək, iyun ayında Şimali Makedoniyanın qurumuma üzvlük danışqılarına qoşulacağını bildirib.

Andiçmə mərasimində Albaniya, Bolqarıstan, Serbiya və Kosovo prezidentləri iştirak edib. Mərasimə sabiq prezident Corce İvanov da qatılıb.

Hakim Sosial Demokrat Partiyası tərəfindən dəstəklənən Pendarovski mayın 5-də keçirilən seçkilərdə səslərin 52 faizini qazanıb.