ABŞ-ın milli təhlükəsizlik müşaviri Kabildədir

ABŞ-ın milli təhlükəsizlik müşaviri H.R. Makmaster Kabildə Əfqanıstan liderləri ilə təhlükəsizlik məsələri və ABŞ-ın quru qüvvələrinin vəziyyətini müzakirə edib.

MakMasterin səfəri ABŞ-ın ordu rəsmilərinin Əfqanıstanda mövcud olan 8 400 əsgərdən ibarət qüvvəyə daha bir neçə min əsgərin əlavə edilməsi təklifindən sonraya təsadüf edir.

Əfqanıstan prezidenti Əşrəf Qaninin ofisi Makmasterin səfərini alqışlayaraq, ona ABŞ-ın Əfqansıtana göstərdiyi davamlı dəstəyinə görə təşəkkürünü bildirib.

Qani and Makmaster qarşılıqlı əlaqələr, təhlükəsizlik, əks-terrorizm, islahatlar və inkişaflar barədə əhatəli fikir mübadiləsi aparıb.

Əfqanıstan ordusunun baş komandan müavini general Murad Əli Murad deyib ki, Makmasterin Əfqanıstanın Müdafiə Naziriyi rəsmiləri ilə də görüşü baş tutmalıdır.