82 yaşlı qatil Çarls Mansonun səhhətinin qaydasında olduğu deyilir

Kaliforniya həbsxana rəsmiləri mətbuatdaqatil Çarls Mansonun xəstəxanaya yerləşdirildiyi barədə yayılan xəbərin ardınca onun səhhətinin qaydasında olduğunu bildirib.

Məşhurların veb səhifəsi olan TMZ yazıb ki, 82 yaşlı Manson Kaliforniya ştatında Korkoran həbsxanasından yaxınlıqda yerləşən Beykersfild şəhər xəstəxanasına yerləşdirilib.

Rəsmilər Mansonun xəstələnməsi barədə məlumatları təsdiqləməyib. Lakin Los Angeles Times yazır ki, məhkum qatil ciddi xəstədir.

Manson 1969-cu ilin avqustunda Los Ancelesdə iki ardıcıl gecədə yeddi nəfəri qətlə yetirən kiçik qrupa başçılıq etməkdə təqsirləndirilib. Qətlə yetirilənlər arasında rejissor Roman Polanskinin həyat yoldaşı səkkiz ay yarım hamilə olan aktrisa Şaron Teyt də olub.

Prokuror deyib ki, qanlı qətliyam irqçi müharibənin başlanması məqsədi ilə edilib. Qətli törədən Manson ailəsi məşhur Beatles qrupunun “Helter Skelter” mahnısında deyilənlərə inanaraq qətli törədib.

Mansonun zaminə buraxılması barədə müraciəti 12 dəfə rədd edilib.

Onun növbəti müraciəti 2027-ci ilə nəzərdə tutulub. Həmin zaman onun 92 yaşı olacaq.