Marağada qarşıdurma

Marağa şəhəri

Iran təhlükəsizlik qüvvələri azərbaycanlıların Novruz şənliyinə hücum edib
İranın Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində təhlükəsizlik qüvvələri ilə yerli əhali arasında qarşıdurma baş verib.

APA agentliyinin məlumatına görə, İran təhlükəsizlik qüvvələri martın 12-də axşam saatlarında üzərlərinə “Traktor” forması geyinməklə milli musiqi sədaları altında rəqs edərək çərşənbə bayramını qeyd edən azərbaycanlıların şənlik mərasiminə hücum ediblər.

Tədbir iştirakçılarının milli şüarlar səsləndirməsi tərəflər arasında toqquşmaya səbəb olub. Nəticədə Behrad Xudayari adlı bir marağalı gənc ciddi xəsarətlər alıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Eyni zamanda qarşıdurmada İran təhlükəsizlik qüvvələrindən bir nəfər də ağır yaralanıb və dərhal xəstəxanaya qaldırılıb.