Dünyadan görüntülər

Çilinin Prezidenti Qabriel Borik and içir. 

Odessada Ərazi Müdafiə Qüvvələrinə könüllü qoşulan mülki vətəndaşlara silah təlimi keçirilir. 

Honq Konqun San Tin ərazisində COVID-19 karantin mərkəzi.

Tokioda 9.0 bal gücündə zəlzələnin 11-ci ildönümü.

Polşada Medıka sərhəd-keçid məntəqəsinin yaxınlığında Ukrayna bayrağındakı rəngləri təmsil edən şarlar. 

Meksikada miqrant Meksikadan pulsuz tranzit tələb etmək üçün keçirilən etiraz aksiyasında ağzını tikdirir. 

Kyivdən təxminən 25 kilometr uzaqda yerləşən İrpin şəhərinin mərkəzində binanın zirzəmisində gizlənən yaşlı sakinlər. 

Mariupolda doğum evinə hücum nəticəsində sağ qalan Mariana Vişegirskaya Veronika adlı bir qız uşağı dünyaya gətirib. 

Kuala Lumpur yaxınlığında Ampanq şəhərində leysan yağışlar torpaq sürüşməsinə səbəb olub.