Dünyadan görüntülər

İndoneziyada müsəlman kişilər bir-birilərindən 1 metr məsafədə namaz qılır. 

Buenos Ayresdə metrolar demək olur boşdur, insanlar virusdan qorunmaq üçün maska taxır. 

Banqkokda qadın koronavirusun yayılmasının qarşısını almaq məqsədilə "sosial məsafə" tədbirləri çərçivəsində liftdə yerə yapışdırlan qırmızı işarənin üstündə dayanır. 
 

Almaniyada insanlar mağazaya daxil olarkən aralarında məsafəni qoruyur. 

İngiltərənin York şəhərində parkda söhbət edən iki qadın virusdan qorunmaq üçün aralarında məsafə saxlayır. 

Romada insanlar supermarketə daxil olmaq üçün növbəyə dayanır. 

ABŞ Konqresində koronavirusla bağlı yardım paketini müzakirə edən qanunqanunvericilər və rəsmilər bir-birilərindən uzaq məsafədə oturub. 

Banqkokda bir kafedə qəhvələr müştərilərə əl təması olmadan ötürülür. 

İndoneziyada qatarlarda insanların bir-birilərindən azı bir metrə məsafədə oturmaları üçün oturacaqların üzərinə qırmızı işarələr yerləşdirilib. 

Londonda fest-fud restoranında insanlar COVID-19 virusundan qorunmaq üçün aralarında 1 metrlik məsafə qoruyur.