Dünyadan görüntülər
Xorvatiya paytaxtı Zaqrebdə 5.3 gücündə zəlzələ nəticəsində dağıntılar olub.
Hindistanda Mumbay şəhərinin sakinləri koronavirusa qarşı mübarizə aparan səhiyyə işçilərini evlərinin balkon və pəncərələrindən alqışlayır. Baş nazir Narendra Modi koronavirusa mübarizə səyləri çərçivəsində Hindistanda 14 saatlıq qadağan saatı tətbiq etdiyi əməl edib.
Fransanın şərqində Mulhous xəstəxanasının personalı ölkədə koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq edilmiş blokadanın altıncı günü xəstələri tibbi vertolyotla başqa tibbi obyektlərə çatdırır.
Fil Dişi sahilində Abicanda katolik kilsəsinin rahibi Norbert Abekan dua oxuyaraq küçələri gəzir.
Kolumbiyada Boqota yaxınlığındakı həbsxanada qalan məhbusun ailə üzvü onunla telefonda danışarkən ağlayır. Rəsmilərin izdihamlı həbsxanalarda koronavirusun yayılmasının qarşısının alınması üçün kifayət qədər iş görmədiklərindən qorxan məhbuslar qiyam qaldırıb.
Xorvatiyada Zaqrebdə zəlzələdən sonra yeni doğulmuş körpələr inkubatorlarda xəstəxanadan evakuasiya edilib.
Yaponiyada koronavirusdan ehtiyat edərək maska taxmış insanlar albalı ağacının çiçək açmasına tamaşa etmək üçün Tokionun Ueno parkını ziyarət edir.
Rusiyanın uzaq şərqində Vladivostokda Amur körfəzində buz sürüşməsi zamanı yeniyetmə gənc buzların üzərindən tullanır.
Kosovoda Priştina şəhəri yaxınlığında ərik ağacının çiçəkləri üzərinə kəpənək və arı qonub.
Bolqarıstan paytaxtı Sofiyada koronavirusdan qorunmaq üçün maska taxmış park mühafizəçisi dələyə yem verir.
Ukrayna paytaxtı Kiyevdə parkdakı ağaclaq qara bürünüb.