Dünyadan görüntülər

Yohannesburqun sıx məskunlaşmış Hillbrou məhəlləsinin sakinləri balkonlarından əl yelləyir. 

Barselonada Hərbi Fövqəladə Hallar Bölməsinin üzvü Sant Antoni qocalar evini dezinfeksiya edir. 

Moskvada bir qrup molla Moskva Cümə Məscidində cümə namazı qılır. 

Milanın San Raffaele hospitalının tibbi heyəti qoruyucu kostyumda reanimasiyada olan koronavirus xəstəsini müalicə edir. 

Barselonada insanlar mağaza önündə növbəyə dayanıb. 

Serbiyada könüllər Novi Sad Yarmarkasında koronavirusun yüngül simptomlarını nümayiş etdirən insanlar üçün yataqlar quraşdırırlar. 

Papa Fransis dua mərasimində iştirak etmək üçün Vatikanda Müqəddəs Pyotr Bazilikasına daxil olur. 

İtaliyanın Berqamo ərazisindən Milan yaxınlığında yerləşən Sinisello qəbirsanlığına koronavirus qurbanlarının tabutları gətirilib. 

Fransanın qərbində yerləşən Tinteniak şəhərində COVID-19-a yoluxduqları şübhələnən pasientlər üçün ayrılan konsultasiya mərkəzi. 

Keniyada Likoni bərəsində insanlar COVID-19-un yayılmasının qarşısını almaq üçün məsləhət görülən sosial təcrid qaydalarına əməl etmək üçün bir-birilərindən azı bir metlrik məsafədə dayanır.