Dünyadan görüntülər

Texasda su parkının işçisi bağlanma tədbirlərinin aradan qaldırılmasından sonra parkı təmizləməyə hazırlaşır. 

İstanbulda maska geyinmiş insanlar Fateh Məscidinin önündə sosial məsafəni qoruyaraq namaz qılır. 

İtaliya Hava Qüvvələrinin aerobatik nümayiş komandası Venesiyada Santa Mariya della Salute məbədinin üzərində şou göstərir. 

Afinada güllü qoruyucu maska və çəhrayı əlcəklər taxmış ofisiant müştərilərə xidmət göstərir. 

Minneapolisdə insanlar qaradərili kişinin polis tərəfindən qətlə yetirilməsində etiraz edir. 

Arizonada yerləşən Brofi Kollecinin tələbələri məzuniyyət mərasimində iştirak edir. 

Tailandda bir kişi yolun kənarındakı makaka meymununa manqo verir. 

Frankfurtda xaşxaş gülü sahəsi.