Günün fotoları
Rusiyalı jurnalist Arkadi Babçenko Ukrayna Xüsusi Xidmət İdarəsində mətbuat konfransında reaksiya verir. Babçenko mətbut konfransına onun qətlə yetirilməsi haqda xəbərlər dolaşdıqdan 24 saat sonra çıxıb. Ukrayna hökuməti Babçenkonun həyatına qəsdin üstünü açmaq üçün xüsusi əməliyyat keçirdiklərini deyir.
Kişilər qızmar yay günündə yük maşının kölgəsində dincəlirlər. Racastan, Hindistan.
Hollandiya kraliçası Maksima. Mumbay, Hindistan.
Roma Papası Müqəddəs Piter kafedralı qarşısında karabinieri ilə görüşür. Vatikan.
Papilio Machaon kəpənəyi İsrail-Qəzza Zolağı sərhədində.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur tarixçi Semavi Eyicenin tabutunu daşıyır. İstanbul, Türkiyə.
Temperaturun 42° selsiyə çatdığı vaxt insanlar özlərini belə sərinlədir. Cəlalabad, Əfqanıstan.
Buddist rahiblər "Vesak" günündə Borobudur məbədində ayin icra edir. Mərkəzi Cava, İndoneziya.
İnstitutsional İnqilab Partiyasından (PRI) presidentliyə namizəd Jose Antonio Meade vətəndaşlarla görüş zamanı stuldan yıxılmasına reaksiya verir. Mexiko şəhəri, Meksika.
Venus, sağda, və Serena Williams "French Open" beynəlxalq tennis turnirində Yaponiyadan gəlmiş Şuko Aoyama və Miyu Katonun zərbəsinə cavab verir. Paris, Franse.