Zərnigar Ağakişiyeva vəfat edib

Azərbaycanın xalq artisti Zərnigar Ağakşiyeva vəfat edib. 72 yaşlı xalq artistinin cəsədi vəfat etdikdən üç gün sonra tənha yaşadığı mənzildə aşkar edilib.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, fevralın 8-də nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri xalq artistinin mənzilinin qapısını açıb və orada Zərnigar Ağakişiyevanın cəsədini aşkar edib. ​

Zərnigar Ağakişiyev

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Report agentliyinə bildirib ki, eskpertizanın ilkin rəyinə əsasən Zərnigar Ağakişiyeva fevralın 8-dən azı 2-3 gün əvvəl dünyasını dəyişib.

Zərnigar Ağakişiyeva Azərbaycanda tanınmış aktirisalarındandır. O bir çox tamaşalarda və filmlərdə aparıcı rolları ifa edib.