Rauf Mirqədirovla bağlı məhkəmə qərarı sabah elan olunacaq [Video]

Rauf Mirqədirov

Proses qapalı olub

Martın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. Proses qapalı olub.

Your browser doesn’t support HTML5

Rauf Mirqədirovun anası müraciət edir

Vəkil Fuad Ağayev prosesdən sonra jurnalistlərə bildirib ki, o və Rauf Mirqədirov məhkəmədən bəraət istəyib, dövlət ittihamçısı isə hökmün qüvvədə saxlanmasını istəyib.

İş üzrə məhkəmənin qərarı sabah elan olunacaq.

Jurnalistin anası Rəfiqə İsayeva Amerikanın Səsinə bildirib ki, oğlunun əfv olunması üçün müraciət edib.

"Martın 4-də oğlumun əfv edilməsi xahişi ilə prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya teleqram da göndərmişəm", ana qeyd edib.

Rauf Mirqədirov 2014-cü ilin aprelində Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist ittihamı qəbul etmir. Amnetsty İnternational Mirqədirovu “vicdan məhbusu“ elan edib.