Jurnalistin apellyasiya şikayətinə baxılacaq

Əziz Orucov

Kanal13 internet televiziyasının icraçı direktoru Əziz Orucovun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində fevralın 6-da saat 11-də hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq. Bu barədə Amerikanın Səsinə vəkil Cavad Cavadov bildirib.

Əziz Orucov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Orucov 2017-c il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası verib. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində jurnalistə qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist ittihamları qəbul etmir, sifarişli hesab edir.