Dmitri Medvedev Suriya prezidenti Bəşar Əl-Əsədi tənqid edib

Rusiyanın baş naziri Suriya prezidenti Bəşar Əl-Əsədi tənqid edib. Dmitri Medvedev Əsədin müxalifətin tələb etdiyi islahatları yubatmaqla böyük səhvə yol verdiyini deyib.

ABŞ-ın CNN kanalına müsahibəsi zamanı Rusiyanın baş naziri bildirib ki, Suriya prezidentinin hakimiyyətdə qalması üçün gördüyü işlər hər gün təsirini itirir.

Medvedev deyib ki, Rusiya Suriyanın taleyinin öz xalqı tərəfindən həll edilməsinin tərəfdarıdır.

Suriyanın uzunmüddətli silah təminatçısı olan Rusiya BMT-nin Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qətnamələrinə veto qoyub.