Müxalifət fəalının şikayəti təmin edilməyib

Noyabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Əflatun Qasımovun sədrliyi ilə D18 Hərəkatının İdarə Heyətinin üzvü Zaur Rövşənlinin işi üzrə Nizami rayon Məhkəməsinin qərarından apellyasiya şikayətini təmin etməyib.

Bu barədə Amerikanln Səsinə vəkil Cavad Cavadov bildirib.

D18 Hərəkatının İdarə Heyətini üzvü Zaur Rövşənli noyabrın 7-də saxlanılıb. Noyabrın 8-də Nizami rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (Polisin qanunu tələbinə tabe olmamaq) günahlı bilinərək 10 sutka inzibati həbsə məhkum edilib.

Zaur Rövşənli məhkəmənin qərarını qərəzli sayır. D18 Hərəkatı isə fəalın həbsini sifariş hesab edir.

Vəkil Cavadov Avropa Məhkəməsinə şikayət ediləcəyini bildirib.