Dünyada insanların çoxu hər gün istifadə etdikləri mikrodalğalı sobanın bir vaxtlar hərbi sirrinn bir hissəsi olduğundan xəbərdar deyil.
1940-cı ildə Avropada vəziyyət ağır idi. Almaniya qüvvələri Britaniyanı işğal etməyə hazırlaşırdı. Sualtı gəmilər isə Birləşmiş Ştatlardan təchizat daşıyan gəmiləri vurmağa çalışırdı.
Həmin ilin sentyabr ayında Britaniyanın tanınmış alimlərindən ibarət nümayəndə heyəti nümayəndə bəzi sirli ixtiralarla bağlı kömək məqsədilə ABŞ-a səfər etmişdi. Bu ixtiralar arasında daha effektiv radiolokatorların yaradılması üçün nəzərdə tutulmuş vakuum boru da var idi. Bundan mikrodalğa emissiyasının yaradılmasında istifadə olunacaqdı.
Larri Sçuette: “Mikrodalğa radarları bizə parabolik antennalardan istifadə etmə imkanını yaratdı. Bu aşağı tezliklərlə malik radarı yüksək tezliklərə çevrilməsi fundamental dəyişiklik yaratdı.”
Maqnetron boşluğu adlanan yeni boru təyyarə və ya sualtı gəmilər arasında radar operatorlarının aktivləşdirilməsinə səbəb olaraq, hərbi vəziyyətlərdə dəyişiklik yaradılmasına kömək edirdi.
Müharibənin istiqamətini dəyişməklə yanaşı, magnetron bütün dünyada yemək hazırlanması prosesində də dəyişiklik yaratdı. Beləliklə, gündəlik həyata mikrodalğa sobası kimi bir cihaz daxil oldu.
Bu yaxınlarda Britaniya, Amerika və Kanadadan olan bir qrup alim Vaşinqtonda bir araya gələrək, ABŞ-a məxfi hərbi məlumatların göndərilməsi missiyasının ildönümünü qeyd edib.
Mathias Vinter: “Biz həmçinin fotoniks və yüksək enerji, enerji sıxlığı sahələrində tədqiqatlar aparırıq. Təkcə silahlar deyil, enerjinin saxlanması, gəmilərdə enerji mübadiləsi kimi sahələrdə də tədqiqatlar aparırıq.”
Tədqiqatçılar ümid edir ki, bu ixtiralar bir gün qlobal istiliyin qarşısının alınmasına kömək edəcək.