Minnesota ştatında azərbaycanlılar öz mədəniyyətini tanıdır

Your browser doesn’t support HTML5

İyun ayının 20-də Minnesota ştatının Burnsville şəhərində Beynəxalq Mədəniyyət Festivalı keçirilib. 2006-cı ildən başlayaraq hər il təşkil olunan bu tədbirdə ABŞ-ın şimalında yerləşən Minnesota ştatında yaşayan bir çox millətlər öz mədəniyyətlərini, musiqilərini və yeməklərini sərgiləyir. Bu il ilk dəfə olaraq azərbaycanlılar da tədbirdə doğma vətənlərini təmsil ediblər. Festivalın qapalı zalında qurulan stenddə Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, bölgələri haqqında məlumatlar gələn qonaqlarla bölüşülüb.