Azərbaycanda 68 nəfər miqrant saxlanılıb

Son üç gündə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirləri zamanı 68 əcnəbi saxlanılıb.

DMX-nin məlumatına görə, saxlanılan əcnəbilərdən 11-nin qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğu, 5-nin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 52 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadığı müəyyənləşdirilib.

Məlumatda bildirilir ki, onlardan 48 nəfər barəsində inzibati qərarlar qəbul edilib. Digər əcnəbilərin Azərbaycanın hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.