Misirdə turislər hədəf alınıb - 16 yaralı

Misirin Qiza piramidaları yaxınlığındakı avtobusu hədəf alan hücum nəticəsində 16 adam yaralanıb. Onların əksəriyyəti Cənubi Afrikadan olmaqla, turistlərdir.

Reuters-in məlumatında ölənlərlə bağlı xəbər verilmədiyi deyilir.

Dekabr ayında həmin bu yerdə avtobusa bomba yerləşdirilməsi ilə baş verən partlayışda 3 vyetnamlı və 1 misirli turist öldürülmüşdü.