Şahidlər və müxalifətin sözçüsü bildirir ki, Liviya qüvvələri Misrata şəhərində yeni hücumlara başlayıblar.
Şahidlərin sözlərinə görə, mühasirədə olan şəhərin qərbində tanklar hücuma keçiblər. Bir gün əvvəl isə qüvvələr şəhərin liman hissəsində hücum həyata keçirmişdilər.
Bazar günü bombardman Malta yardım gəmisi ərzaq və tibbi təchizat boşaldan zaman baş verib. Gəmi təcili olaraq dənizə doğru hərəkət edib.
Dünən habelə Liviya paytaxtı Tripolidəki İtaliya və Böyük Britaniya səfirlikləri hücuma məruz qalıb. Bu hücumlar Müəmmar Qəzaffinin oğulları və 3 cavan nəvəsinin ölümünə səbəb olan NATO hava hücumunun qisası kimi qiymətləndirilir.