Mitinqin təşkilatçıları Bakı meriyasına müraciət edib

Milli Şuranın mitinqi

Martın 30-da Milli Şuranın aprelin 9-na təyin etdiyi mitinqin təşkilatçıları Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq göndərib. Bu barədə AXCP sədri Əli Kərimli Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, mitinqin təşkilatçıları Milli Şuranın üzvləri, - hüquqşünas Namizəd Səfərov, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu, hüquq müdafiəçisi Oqtay Gülalıyev, AXCP Gənclər Komitəsinin sədri İlham Hüseynlidir.

Mitinqin şüarı belə olacaq: “Korrupsiyaya son, Monarxiyaya yox! “Siyasi məhbuslara azadlıq!” Əli Kərimli qeyd edib.

Milli Şura aprelin 9-da saat 15-də Bakıda “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.