Gənclər 10-15 sutka inzibati həbsə məhkum edilib
Dindirilmədən sonra gənclər Yasamal rayon məhkəməsinə aparılıb. Məhkəmənin qərarı ilə Türkel Azərtürk ( AXCP üzvü) 15 sutka, Əli Səfərli (bitərəf) 15 sutka, Sərvər Abdullah (AXCP üzvü) 10 sutka, Emin Maniyev (bitərəf) 10 sutka inzibati həbsə məhkum edilib. Anar Əkbərov (bitərəf) 100 manat və Orxan Baxışlı (bitərəf) 50 manat cərimələnib.
12 oktyabr mitinqindən sonra bir neçə gənc, o cümlədən jurnalistlər polis təzyiqinə məruz qalıb. 10 nəfər gənc həmin gün Yasamal polis idarəsinə aparılıb və günün sonunda 51 manat cərimə olunaraq sərbəst buraxılıb.