MMA döyüşçüsü Həbib Nurməhəmmədov 9 ay müddətinə diskvalifikasiya edilib

Rusiyalı döyüş (MMA) ustası Həbib Nurməhəmmədov Nevada ştatının Atletika komissiyası tərəfindən 9 aylıq diskvalifikasiya olunub. Buna səbəb 2018-i il oktyabrın 7-i irlandiyalı döyüşçü Konor Makqreqorla UFC- çempionu titulu uğrunda döyüşdən sonra Həbib və onun komanda üzvlərinin saldığı dava olub.

Həbib Nurməhəmmədov həmçinin $500 min həcmində cərimə ödəməli olacaq. O, "bullinq"ə qarşı tədbirlərdə iştrak etdiyi halda onun diskvalifikasiyası 6 aya qədər azaldıla bilər.

Konor Makqreqor da $50 min dollar cərimələnərək 6 ay müddətinə diskvalifikasiya edilib. Həbib Nurməhəmmədovun qardaşı Əbubəkr və onun sparrinq həmkarı Zübayr Tuxuqov da 1 illik diskvalifikasiya olunub və $25 min dollarlıq cərimələnib. Diskvalifikasiya oktyabrın 6-dan hesablanır.

Nurməhəmmədovun qalib olduğu döyüşdən sonra məşqçi Rizvan Maqomedov da daxil olmaqla, rusiyalı döyüşçünün üç komanda üzvü irlandiyalı döyüşçünün komandası ilə kütləvi dava keçirdiyi üçün saxlanılmışdı. O zaman UFC prezidenti Deyn Uayt diskvalifikasiyanın və cərimənin olacağını və bunun uzun müddətli olduğu halda Nurməhəmmədovun titulundan məhrum ola biləcəyini bildirib.

Nurməhəmmədovun qələbəsi Dağıstanda milli qürur hissinin artmasına səbəb olub. Onun qələbəsi həmçinin keçmiş SSRİ ərazisində MMA – Qarışıq Döyüş növlərinə olan marağın artmasına gətirib çıxarıb. Həbib Nurməhəmmədovun geydiyi "Dağıstan papağına" maraq xüsusilə artıb, indi bütün Qafqaz və Mərkəzi Asiyada "Həbibin papağı" çox populyardır.

Makqreqorla döyüşdən öncə Həbib Nurməhəmmədov 2018-ci ilin aprelində amerikalı El Yakvintuya qalib gələrək, UFC çempionu olub. Rusiyalı idmançının aktivində 27 qarışıq döyüş növündə döyüşdə 27 qələbə var.