Azər Qərib: "Monika Beluççi və Telman İsmayılovla bağlı "Səbəbkar" şərhi zarafat idi [Audio]
Nərminə Cəlalqızı
Azərbaycan və Beynəlxalq Jurnalistlər İttifaqlarının üzvü Azər Qərib Amerikanın Səsinə Monika Beluççi və Telman İsmayılovla bağlı Facebook-a yerləşdirdiyi şəkil barədə danışdı və bunun bir zarafat olduğunu dedi.
Your browser doesn’t support HTML5
Azər Qərib: Bu bir zarafat idi
Azər Qərib bu yaxınlarda Monika Beluççinin həyat yoldaşı Vinsent Kassellə boşanması barədə məlumatı eşidəndə, zarafat üçün Monilka ilə Telman İsmaylovun 2009-cu ildə Türkiyədə Mərdan-Palas otelinin açılışında birgə çəkdirdikləri şəkli Facebook-a yerləşdirib və altında "Razluçnik" yazıb.
Bu xəbər əvvəlcə Azərbaycan, bundan sonra Rusiya, daha sonra isə dünya xəbər agentliklərində yer almağa başlayıb.