Moskvada 50 min insan yürüş keçirib

Qətlə yetirilən Rusiya müxalifətinin lideri Boris Nemtsovun xatirəsini anmaq üçün minlərlə insan paytaxt Moskvanın mərkəzində toplaşıb.

Rusiya rəsmiləri adətən kütləvi nümayişlərə icazəni ləngitsə də, bu gün keçirən aksiya üçün icazəni dərhal verib.

Əslində Nemtsov bu günə planlaşdırılan anti-Putin və anti-müharibə etiraz aksiyasına rəhbərlik etməli idi. Ancaq əvəzində 50 minə yaxın insan onun xatirəsini yad etmək üçün toplaşıb. Prezident Obama onu Rusiya xalqının hüquqlarının “yorulmaz müdafiəçisi” adlandırıb.

İnsanlar müxalifət liderinin öldürüldüyü yerə gül qoyublar.

Polis Nemtsovu güllələyəndən sonra qaçanların axtarışını davam etdirir.

Rusiya prezidenti bildirib ki, bu qətl bazar günü müxalifətin nümayişindən qabaq provokasiya motivi ilə həyata keçirilmiş sifarişli qətldir.