Azərbaycanın Türkiyədəki hərbi attaşesinin köməkçisi geri çağırılıb

Müdafiə nazirliyi

Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib
Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşeliyində kadr dəyişikliyi olub.

APA-nın məlumatına görə, hərbi attaşenin köməkçisi, polkovnik-leytenant Vüqar Altay oğlu Mehdiyev vəzifəsindən azad edilərək geri çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Nazirlikdən V.Mehdiyevin Azərbaycanda hərbi hissələrdən birində vəzifəyə təyin olunduğu bildirilib.

Qeyd edək ki, V.Mehdiyev Azərbaycan Hərbi Hava Qüvvələrinin sabiq qərargah rəisi və komandanı vəzifəsini icra etmiş general-mayor Altay Mehdiyevin oğludur.

O, 2012-ci ildə Türkiyədə hərbi attaşenin köməkçisi təyin olunub.