”Yeni Müsavat" qəzeti noyabrın 9-dan etibarən çapını dayandırır. Bu barədə noyabrın 8-də qəzetin rəhbərliyi qərar verib.
Musavat.com-un yaydığı məlumata görə, qəzetin çapının dayandırılması heç də yaxın günlərdəki bayram günləri ilə bağlı deyil.
Bu dəfə qəzetin çap olunmamasının səbəbi qəzetin satışına qəsdən yaradılmış süni maneələr, bununla əlaqədar olaraq yaranmış maliyyə böhranı və s problemlərdir.
Noyabrın 10-da 24 yaşını qeyd edəcək "Yeni Müsavat"ın bu addımının zərurət üzündən atıldığını bəyan edən qəzet rəhbərliyi bildirir ki, kollektiv bununla ölkə vətəndaşlarının, hakimiyyətin, beynəlxalq ictimaiyyətin diqqətini yaranmış problemin ciddiliyinə cəlb etmək fikrindədir.
Onu da qeyd edək ki, qəzetin çapdan çıxmadığı günlərdə musavat.com saytı fasiləsiz olaraq fəaliyyət göstərəcək və oxucuları informasiya və yazılarla təmin edəcək.
"Yeni Müsavat"ın kağız variantının nə vaxt bərpa olunacağı barədə əlavə məlumat veriləcək.
Metrolarda “Azadlıq”,”Yeni Musavat” və”Gundəm Xəbər” qəzetlərinin satışına qadağalar oktyabrın 17-dən başlayıb.
Ekspertlər bu qadağaların Azərbaycanda azad sözün boğulmasına yönələn növbəti addım kimi dəyərləndirirlər.