İlon Mask şənbə günü bildirib ki, SpaceX-ə məxsus Starlink “beynəlxalq səviyyədə tanınan yardım təşkilatları ilə” birlikdə Qəzzada kommunikasiya xəttlərini dəstəkləyəcək.
İsrail hava və qurudan hücumlarını genişləndirdiyi bir vaxtda, şənbə günü telefon və internetin kəsilməsi Qəzza zolağındakı insanları dünya və bir-birilərindən təcrid edib, insanların yaxınları, təcili tibbi yardım və iş yoldaşlarına zəngləri qeyri-mümkün hal alıb.
Beynəlxalq humanitar təşkilatlar deyir ki, cümə günü axşam saatlarında başlayan elektrik və internet kəsilməsi xilasedici əməliyyatlara mane olmaqla və onların yerdəki işçiləri ilə əlaqə saxlamasına əngəl yaratmaqla onsuz da ümidsiz olan vəziyyəti daha da pisləşdirir.
Rusiyanın 2022-ci ilin fevralında İkraynaya hərbi müdaxiləsindən sonra Starlink peyklərinin Rusiyanın əngəllərinə rəğmən bəzi ərazilərdə internet əlaqəsini saxlamaqda mühüm rol oynadığı bildirilmişdi.
O zamandan bəri Mask əhatə dairəsini Rusiyanın işğal etdiyi Krıma uzatmağı rədd edib və onun peyklərindən Ukraynanın oradakı Rusiya qüvvələrinə hücum üçün istifadə olunmasına imkan verməkdən imtina edib.