Məhkəmə müxalifət fəallarını cərimə edib

Mayın 30-da Abşeron Rayon Məhkəməsi hakimlər Sevinc Quliyeva və Şövkət Nəcəfovanın sədrliyi ilə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu, bitərəf Mirzə Aydın, AXCP fəalları Bəxtiyar Hüseynov və Şakir Əhmədovun hər birini inizbati qaydada 300 manat cərimə edib.

Your browser doesn’t support HTML5

Milli Şuranın yürüşünə icazə verilmir ?

Məhkəmə fəalların hamısını İnzibati Xətalar Məcəlləsinin 513.2 (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə günahlı bilib.

Fəallar məhkəmənin qərarını sifarişli hesab edir və yuxarı məhkəmə instansiyasına şikayət edəcəklərini bildirib.

Your browser doesn’t support HTML5

Əli Kərimli: Ayıb olsun.Gerçəkdən sübut edirlər ki Cümhuriyyətin "adı"var

AXCP sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsinə bildirib ki, Abşeron Rayon Məhkəməsi 28 May - Respublika Günü münasibəti ilə Milli Şuranın Novxanı kəndində Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram tədbiri zamanı polis tərəfindən saxlanılan 8 nəfəri dəvət edib. Məhkəmə onlardan dördü barədə bu gün qərar qəbul edib, digər dörd fəal barədə isə sabah qərar qəbul ediləcəyi gözlənilir.