NAFTA danışıqlarının dördüncü raundu başa çatıb
Your browser doesn’t support HTML5
Birləşmiş Ştatlar, Kanada və Meksikanın ticarət nazirləri bu həftə Şimali Amerika Azad Ticarət Razılığını (NAFTA) müasirləşdirməyə yönəlmiş danışıqların mübahisəli dördüncü raundunu başa çatdırıb. Lakin Tramp administrasiyasının NAFTA-ya dəyişikliklər etməklə bağlı təklifləri bəzi təhlilçləri narahat edir. Onlar 23 il əvvəl əldə olunan bu razılığın ləğv oluna biləcəyindən narahatdır.