Aleksey Navalnı azad edilib

Rusiyada müxalifət lideri Aleksey Navalnı azad edilib.

Polis onun barəsində iki protokol tərtib edib: "qanunsuz aksiyanın təşkili" və "polisə müqavimət"lə bağlı.

Bu barədə siyasətçinin özü Twitter səhifəsində yazıb: "Yəqin yuxarıdan "komanda veriilib ki", andiçməyə qədər heç kimi həbs etməyin"

Onun məhkəməyə qədər azad edilməsinə qərar verilib.

Mayın 5-də Navalnının təşkilatçılığı ilə Rusiya boyu etiraz aksiyaları keçirib.

Aksiyalar prezident Putinin avtoritar idarəçiliyinə qarşı yönəlib.

1000-dən çox insan saxlanılıb.

Vladimir Putinin prezident kimi andiçmə mərasimi mayın 7-də keçiriləcək.