Nensi Pelosi Kabildə Əfqanıstan liderləri ilə təhlükəsizliyi müzakirə edib

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Konqresin digər nümayəndələri gözlənilməz səfərlə Əfqanıstanda olub.

Əfqanıstan prezidenti Əfrəf Qani Konqresin nümayəndə heyətinə ABŞ-ın son 18 ildə Əfqanıstana göstərdiyi siyasi və maliyyə yardımına görə təşəkkür edib.

ABŞ hazırda Əfqanıstanda sabiltiyin qorunması məqsədilə 14,000 əsgər saxlayır.

Qanidən əlavə nümayəndə heyəti Baş İcraçı Abdullah Abdullahla görüşüb.

Görüşün diqqət mərkəzində Əfqanıstanda təhlükəsizlik, idarəçilik və iqtisadi inkişaf olub.

ABŞ hazırda Əfqanıstanda sabiltiyin qorunması məqsədilə 14,000 əsgər saxlayır.

Nümayəndə heyəti daha əvvəl İordaniyaya səfər edib.

Nensi Pelosi ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəsə baxmayaraq, dərinləşməkdə olan Suriya böhranını müzakirə edib.

ABŞ qoşunları əfqan əsgərlərlə bərabər patrul çəkir. Loqar vilayəti, Əfqanıstan. 7 avqust, 2018.

Nümayəndə heyətinin səfəri Prezident Donald Trampın ABŞ qüvvələrini Suriyadan çıxarmaq qərarı ilə bağlı tənqidlər fonunda baş tutub.

Pelosi və digər 9 konqresmen İordaniya kralı Abdulla ilə görüşüb. Paytaxt Əmmanda keçirilən müzakirələr regional sabitlik üzərində mərkəzləşib.

Kral Abdulla Suriyanın ərazi bötövlüyünün qorunmasının vacibliyini vurğulayıb.

Heyətin səfəri ABŞ müdafiə naziri Mark Esperin Əfqanıstana səfəri ilə üst-üstə düşür.