N!DA VH-nın həbsdə olan üzvü Rəşadət Axundovun babası bu gün dəfn edilib
Sentyabrın 14-də həbsdə olan NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundovun intihar edən babası Əyanət Axundov Bakının Məhəmmədi kəndindəki qəbiristanlıqda dəfn edilib.
Dəfndə ailənin qohumları, yaxınları ilə yanaşı, vəkil Rəşid Hacılı, gənc fəallar, REAL Hərəkatının üzvləri, NİDA-nın İdarə Heyətinin üzvləri də iştirak edib.
Mərhumun yası isə Ramana qəsəbəsində verilib.
Rəşadət Axundovun atası Fikrət Axundov mərhumun intihar etməsi barədə açıqlama verib.
O atası Əyanət Axundov intihar edərkən evdə olmayıb.
“Mən işdə idim, atam qardaşımın oğlu ilə evdə olub. O venasını kəsib. Rəşadət tutulandan sonra atam stress vəziyyətində idi, hər gün Rəşadətlə bağlı işin nə yerdə olduğunu soruşurdu. Hər həftə mən Rəşadətin yanına gedəndə soruşurdu ki, “Nə oldu, niyə buraxmadılar? Həbs müddəti hər dəfə artırılanda daha da narahat olurdu. Axırıncı dəfə, Rəşadətə yeni ittiham veriləndə də dedim ki, bunların fikri onu buraxmaq deyil. Düzünü dedim ki, belədir vəziyyət...”.
F.Axundovun sözlərinə görə, R.Axundov uzun illər babasının yanında qalıb.
“Atam Rəşadətə “oğlum” deyirdi. Atam onu hədsiz çox istəyirdi və o, həbs olunandan sonra tez-tez intihar barədə danışırdı. Rəşadətə 15 yaşına qədər babası baxıb. O, atamın direktoru olduğu məktəbdə oxuyub, atam onun müəllimi və tərbiyəçisi olub. Atam deyirdi ki, qoy gedim prezidentin qəbuluna, Heydər Əliyev Fonduna, qoy gedim hətta təhsil nazirinin qəbuluna. Deyirdim ki, nəyə gedirsən? Deyirdi, mən gedib onlara sübut edəcəm ki, oğlum pis yolun yolçusu deyil. Elə bilirdi ki, gedib deyəcək və onlar da inanacaq. Atamın intihar səbəbi Rəşadətlə bağlıdır”.
Bununla belə F.Axundov hakimiyyətə çağırış da edib:
“Hakimiyyətə qısa və konkret çağırışım ondan ibarətdir ki, vətəndaşları intihar etməyə məcbur etməsinlər, vətəndaşa insan kimi baxsınlar”, deyə o bildirib.
Öz növbəsində vəkil Rəşid Hacılı da bu gün hüquqlarını müdafiə elədiyi Rəşadət Axundovla görüşdüyünü deyib.
Onun sözlərinə görə R.Axundov bu gün babasının ölüm xəbərini eşidib.
Vəkil təcridxananın rəisi ilə də görüşdüyünü və hadisədən onların da məlumatlı olduğunu bildirib.
“Həbsxanalarda mümkündür buraxsınlar, amma isitntaq təcridxanasından mümkün deyil. Belə qərarlar hüquq çərçivəsində deyil, siyasi çərçivədə həll olunur. Əgər istintaq altında prokurorluq icazə verirsə bu mümkündür. Prinsipcə demək olar ki, istintaq başa çatıb. İndi müraciət olunmalıdır prokurorluğa, Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına ki, bu məsələni birlikdə həll etsinlər”, deyə vəkil qeyd edib.
NİDA Vətəndaş Hərəkatı da məsələyə biganə qalmayıb.
Hərəkatın üzvü Nicat Məmmədbəyov da baş vermiş hadisəni pisləyib.
O, eyni zamanda insanları, cəmiyyəti bu haqsızlığa dözməməyə çağırıb.
Həbsdə olan N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundovun babası sentyabrın 13-də vəfat edib. Əyanət Axundov dünən sevimli nəvəsinin həbs müddətinin uzadılacağını eşitdikdən sonra intihara cəhd etmişdi.
Bu xəbəri Amerikanın Səsinə açıqlamada Rəşadət Axundovun xanımı Türkan Hüseynova təsdiq edib.
Rəşadət Axundov bu ilin aprel-may aylarında qanunsuz narkotik və partlayıcı maddə saxlamaqda ittiham olunan 7 NİDAçıdan biridir.
Sentyabrın 12-də ona və “Azad Gənclik” Hərəkatının üzvü İlkin Rüstəmzadəyə qarşı 220.1 maddə (kütləvi iğtişaşların təşkili) ilə yeni ittiham irəli sürülüb.
Hazırda onları 12 ilədək azadlıqdan məhrum olunma cəzası gözləyir. Amnesty International onları “vicdan məhbusu” kimi tanıyır.

Hakimiyyətə qısa və konkret çağırışım ondan ibarətdir ki, vətəndaşları intihar etməyə məcbur etməsinlər